Bu ilin 10 ən populyar “Android” smartfonu açıqlanıb

169

“AnTuTu” şirkəti 2018-ci il üçün “Android” mobil əməliyyat sisteminin idarəetməsi ilə işləyən 10 ən populyar smartfonu açıqlayıb. Reytinq şirkətin saytında dərc olunub.

NUHÇIXAN “RİA Novosti” resursuna istinadən xəbər verir ki, siyahıya reytinqi 97 faiz təşkil edən “Xiaomi Mi 8 Explorer Edition” smartfonu başçılıq edir. İkinci yerdə “Samsung Galaxy S9+”, üçüncüdə isə “Meizu 16th” modelləri qərarlaşıb. Bu smartfonlar 96 faiz reytinq göstəricisi toplayıblar.

Bildirilir ki, “Huawei Mate 10 Pro”, “Oppo Find X” və “Meizu 16th Plus” hərəyə 95 faiz toplayaraq dördüncü və altıncı yerləri bölüşüblər. Reytinqin yeddinci pilləsində “OnePlus 6”, səkkizincidə “Huawei Mate 10”, önə çıxan kamera ilə təchiz edilən “Vivo NEX Ultimate” modeli isə doqquzuncuda yer alıb.

Liderlər onluğunu ötən ilin qabaqcıl “Samsung Galaxy S8+” smartfonu tamamlayıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: