Yüksək təzyiqdən əziyyət çəkənlər üçün ən faydalı məhsullar

217

Kalium yüksək arterial təzyiqi tənzimləyir, ürəyi qoruyur.

Orqanizmdə təzyiqin yüksəlməsinin əsas səbəblərindən biri natriumun səviyyəsinin artmasıdır.  Natrium orqanizmdə mayeni saxlayır və bu da təzyiqin yüksəlməsinə səbəb olur. Natriumun əsas mənbəyi duzdur. Kalium natriumun antaqonistidir, yəni kaliumun səviyyəsi yükəsəldikcə natriumun səviyyəsi əksinə aşağı düşür ki, bu da təzyiqi tənzimləməyə kömək edir.

Məhz bu səbəbdən mütəxəssislər yüksək təzyiqdən əziyyət çəkənlərə və yüksək təzyiqin profilaktikası məqsədi ilə qidalanmada kaliumla zəngin olan məhsulların miqdarını artırmağı tövsiyə edir.

NUHÇIXAN sizə kaliumla zəngin olan məhsulların siyahısını təqdim edir:

– Kartof

– Paxlalılar (noxud, mərci, lobya)

– Ərik qurusu

– Qara gavalı qurusu

– Kişmiş

– Çərəzlər (qoz, fındıq, badam, araxıs, keşyu)

– Banan

– İspanaq

– Süd məhsulları (pendir, xama, qaymaq)

 – Balqabaq

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: