Ali Məclisin Sədri müəllimləri təbrik edib

1. 392

Dekabrın 7-də Naxçıvan Muxtar Respublikası müəllimlərinin konfransı keçirilib.

Naxçıvan Dövlət Musiqili Dram Teatrında keçirilən konfransda Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun konfrans iştirakçılarına təbrik məktubu oxunub.

NUHÇIXAN  həmin məktubu təqdim edir:

NAXÇIVAN MUXTAR RESPUBLİKASI MÜƏLLİMLƏRİNİN KONFRANSININ İŞTİRAKÇILARINA

Hörmətli müəllimlər!

Sizi – Naxçıvan Muxtar Respublikasının müəllimlərini səmimi qəlbdən salamlayır, konfransa öz işində uğurlar arzulayıram.

Ümummilli liderimiz Heydər Əliyev ölkəmizə hər iki rəhbərliyi dövründə müəllim əməyinə daim yüksək qiymət vermiş, təhsilin inkişafını diqqətdə saxlamış, Azərbaycan müəllimi ölkəmizin ziyalı təbəqəsinin aparıcı qüvvəsinə çevrilmişdir. Bu gün ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən də bu siyasət uğurla davam etdirilir. Hazırda Azərbaycanda və onun Naxçıvan Muxtar Respublikasında təhsil sahəsi davamlı inkişafa qovuşub, ixtisaslı müəllim kadrları hazırlanır və müəllim əməyinə qayğıkeş münasibət göstərilir.

Muxtar respublikada 200-dən artıq ümumtəhsil məktəbinin tikilməsi və ya yenidən qurulması, ali və orta ixtisas təhsili müəssisələri üçün yeni tədris korpuslarının, universitet şəhərciklərinin, peşə məktəblərinin istifadəyə verilməsi pedaqoji fəaliyyət sahəsində geniş imkanlar açıb. Yaradılan şəraitin nəticəsidir ki, muxtar respublikada öz peşəsini dərindən sevən peşəkar müəllim ordusu formalaşmışdır.

Bu gün muxtar respublikada mütərəqqi təhsil metodlarının tətbiqi müəllim zəhmətinin bəhrələrini daha da artırır, ali və orta ixtisas məktəblərinə tələbə qəbulunda uğurlu nəticələr qazanılır, təhsil müəssisələrində təhsilli, vətənpərvər və geniş dünyagörüşə malik gənc nəsil yetişir.

Əminəm ki, muxtar respublika müəllimləri bundan sonra da təhsilin inkişafında yorulmadan çalışacaq, vətənpərvər və bilikli gənc nəsil yetişdirəcəklər.

Naxçıvan Muxtar Respublikası müəllimlərinin konfransını Naxçıvan təhsilinin inkişafında mühüm mərhələ kimi dəyərləndirir, çətin və şərəfli fəaliyyətinizdə hər birinizə uğurlar arzulayıram.

Hörmətlə,

Naxçıvan Muxtar Respublikası

Ali Məclisinin Sədri                                    VASİF TALIBOV

Naxçıvan şəhəri, 07 dekabr 2018-ci il

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: