Zəka sahibləri birincilik uğrunda yarışırlar

120

NUHÇIXAN xəbər verir ki, məktəblilər arasında şahmat üzrə muxtar respublika seçmə yarışlarına start verilib. Naxçıvan Şahmat Mərkəzində keçirilən turnirə 100-dən çox idmançı qatılıb.

Məktəblilər arasında bacarıqlı və istedadlı şahmatçıları üzə çıxarmaq və onların ölkə çempionatında iştirakının təmin olunması məqsədi daşıyan turnirdə Naxçıvan şəhəri və rayonlardan yaşı 16-dək olan  oğlan və qız şahmatçılar öz güclərini sınayırlar. İsveçrə sistemi üzrə 7 turdan ibarət yarışda hər iştirakçıya 60 dəqiqə vaxt verilib. Nəticələrə əsasən 7, 9, 11, 13, 15 yaşlı oğlan və qızlar arasında birinci yeri tutan şahmatçılar Azərbaycan Çempionatının seçmə yarışlarında iştirak etmək hüququ qazanacaq.

Seçmə yarışlar Naxçıvan Muxtar Respublikası Təhsil, Gənclər və İdman Nazirlikləri ilə Şahmat Federasiyasının birgə təşkilatçılığı ilə keçirilir.

Emil Səmədov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: