Naxçıvan 1934-41-ci illərdə - FOTOLAR
Naxçıvan özünün tarixi abidələri və maraqlı coğrafiyası ilə həmişə əcnəbiləri cəlb edib. Onların arasında tarixiçilər, səyyahlarla yanaşı sənət adamları da az olmayıb. Hələ 19-cu əsrdə fransız və isveçrə rəssamları Möminə Xatın və Nuh peyğəmbərin məzarüstü türbələrini öz tablolarında əbədiləşdiriblər. 20-ci əsrin tanınmış rus rəssamı və bərpaçı-memarı olan İvan Pavloviç Şeblıkin (1884-1947) öz yaradıcılığında Azərbaycanın və qədim Naxçıvanın mənzərələrinə xüsusi yer ayırıb. 1934-35-ci illərdə muxtar respublikadakı abidələri tədqiq etmək məqsədilə bura dəvət edilən İvan Şeblıkin həm də Naxçıvanın tarixi abidələri, şəhərin qədim məhəllələri və mənzərələrinin rəsmlərini də çəkib. NUHÇIXAN bu əsərləri təqdim edir: