Bu vitaminin çatışmazlığı psixi pozulmalara və qanazlığına səbəb olur

104

B12 vitamini insan sağlamlığı üçün ən vacib olan vitaminlərdən biridir.

B12 eritrositlərin (qan hüceyrələri) formalaşması, DNT-nin sintezi, sinir sisteminin normal fəaliyyəti üçün olduqca vacibdir.

NUHÇIXAN xəbər verir ki, B12 vitamininin çatışmazlığı geriyə dönməz sinir və psixi pozulamaların inkişafına, ağır anemiyaya (qanazlığı) səbəb ola bilər.

B 12 vitamininin çatışmazlığının simptomları:

– yorğunluq

– zəiflik

– iştahın azalması

– çəkinin azalması

– depressiya

– yaddaşın pozuması

– dezorientasiya (şüurun qarışması)

– ağız boşluğunda və dildə acılar.

Bu vitaminin çatışmazlığı kimdə inkişaf edə bilər? Risk qrupuna bu insanlar daxildir:

– veqanlar

– pis qidalanan insanlar

– yaşlı insanlar (həzm sistemində qidalı maddələrin mənimsəmə proseslərinin zəifləməsinə görə)

– mədə-bağırsaq sistemində pozulmaları olanlar

– kəskin arıqlayan və ya mədə-bağırsaq sistemində əməliyyat keçirmiş insanlar

– bəzi dərman preparatlarını (məsələn, qıcqırmaya qarşı, metformin və s.) qəbul edənlər.

B12 vitamininin əsas mənbələri: ət və qaraciyər, yumurta, süd məhsulları, tərkibində çörək mayası olan məhsullar.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: