Azərbaycan idmançısı Rahid Vəliyev yeniyetmələr arasında taekvondo üzrə Avropa birinciliyində gümüş medal qazanıb.
NUHÇIXAN xəbər verir ki, İspaniyada təşkil edilən qitə birinciliyində 11 taekvondoçu ilə təmsil olunan komandamızın üzvü medala sahib olub.
Belə ki, 37 kiloqram çəki dərəcəsində mübarizə aparan R.Vəliyev fransalı (21:19), türkiyəli (13:10) və rusiyalı (26:04) rəqiblərinə qalib gəlib. Yarımfinalda daha bir rusiyalı idmançı ilə qarşılaşan taekvondoçumuz (7:6) qalib gələrək finala yüksəlib. Lakin finalda Danimarka təmsilçisi ilə gərgin idman mübarizəsi şəraitində keçən döyüşdə 32:35 hesabı ilə məğlub olan taekvondoçumuz yarışı gümüş medalla başa vurub.
Beləliklə, Rahid Vəliyevi qatıldığı ilk qitə birinciliyində mükafatçılar sırasında yer alıb.