AMEA Naxçıvan Bölməsinin kolleksiyası Mərkəzi Elmi Kitabxananın MRY bazasında yerləşdirilib

135

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) AMEA Naxçıvan Bölməsinin kolleksiyası mühafizə olunaraq oxucuların istifadəsinə verilib.

Kitabxanadan NUHÇIXAN-a bildiriblər ki, kolleksiyadakı sənədlər tam şəkildə MEK-in e-kataloquna (Vahid İdarəetmə Sistemi) daxil edilib. Eyni zamanda, kolleksiya rəqəmsallaşdırılaraq MEK-in “Milli Rəqəmsal Yaddaş (MRY) üçün ümummilli əhəmiyyət kəsb edən məlumatların toplanılması, ekspertizası və etibarlı saxlanılması” layihəsi çərçivəsində formalaşdırdığı MRY bazasında yerləşdirilib. Kolleksiyaya tarix, arxeologiya, ədəbiyyat, incəsənət, siyasət, din və başqa elm sahələrinə aid sənədlər daxildir. Bundan başqa kolleksiyada ensiklopediyalar və bir sıra qədim dil abidələrinin mətnlərinə dair nəşrlər də var.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: