Bu gün UEFA Çempionlar Liqasının beşinci turuna start veriləcək

140

Noyabrın 27-də UEFA Çempionlar Liqasının 2018-2019-cu il mövsümünün beşinci turuna start veriləcək.

NUHÇIXAN xəbər verir ki, günün mərkəzi qarşılaşması İtaliyada oynanılacaq. Turnirin sonuncu qalibi “Real Madrid” səfərdə “Roma” ilə üz-üzə gələcək. Bu görüşdə qalib gələn komanda G qrupundan növbəti mərhələyə vəsiqəni təmin edəcək. Komandalar arasında ilk oyun 3:0 hesabı ilə Madrid təmsilçilərinin xeyrinə başa çatmışdı.

Qrupun digər matçında isə Rusiyanın CSKA klubu Çexiyanın “Viktoriya Plzen” komandasını qəbul edəcək.

İtaliyanın turnirdəki digər təmsilçisi, H qrupunda yer alan “Yuventus” isə evdə İspaniyanın “Valensiya” klubu ilə görüşəcək. Turin klubu qələbə gələcəyi təqdirdə növbəti mərhələyə yüksələcək. Qrupun digər görüşündə isə İngiltərənin “Mançester Yunayted” klubu doğma azarkeşlər önündə “Yanq Boyz” (İsveçrə) komandasının müqavimətini qırmağa çalışacaq.

Tur çərçivəsində E və F qruplarında aşağıdakı oyunlar keçiriləcək:

E qrupu

AEK (Yunanıstan) – “Ayaks” (Niderland)

“Bavariya” (Almaniya) – “Benfika” (Portuqaliya)

F qrupu

“Lion” (Fransa) – “Mançester Siti” (İngiltərə)

“Hoffenhaym” (Almaniya) – “Şaxtyor” (Donetsk, Ukrayna)

UEFA-nın yeni reqlamentinə əsasən, AEK – “Ayaks”, CSKA – “Viktoriya Plzen” matçları Bakı vaxtı ilə saat 21:45-də, qalan oyunlar saat 12-də start götürəcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: