“100 il öncə və bu gün : Naxçıvan qadını” mövzusunda konfrans olub

270

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə “100 il öncə və bu gün : Naxçıvan qadını” mövzusunda konfrans keçirilib.

Konfransı Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova açaraq  bildirib ki, 1918-ci ildə seçib- seçilmək hüququ qazanan Azərbaycan qadını böyük inkişaf yolu keçib, cəmiyyətin inkişaf etməsinin səbəbkarı və iştirakçısı olub.

Daha sonra Naxçıvan Muxtar Respublikası insan hüquqları üzrə müvəkkili  Ülkər Bayramova “qadınların seçki hüququ-insan hüquqlarının tərkib hissəsi kimi”,  Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Yeganə Məmmədova “Naxçıvan qadınları və təhsil”, AMEA Naxçıvan bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya  institutunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Zeynəb Quliyeva “Naxçıvan qadınlarının fəaliyyətində elm” və Naxçıvan Muxtar Respublikasının Televiziya və Radio şurasının üzvü Sara Əzimova “Kütləvi informasiya vasitələrinin inkişafında qadınların rolu” mövzularında çıxış ediblər.

Vurğulanıb ki, muxtar respublika qadınları təhsil və elm sahəsində daim fərqlənirlər. Bunun əyani ifadəsi özünü ali və orta ixtisas təhsil müəssisələrinə qəbulda qızların fəallığının artmasında özünü göstərir. Belə ki, 2018-ci ildə ali təhsil müəssisələrinin qəbul imtahanlarında yüksək bal toplayanların 190 nəfərini, yaxud 57 faizini qızlar təşkil edib. Qeyd olunub ki, hazırda muxtar respublikada elmlər doktorlarının 3-ü, fəlsəfə doktorlarının 88-i qadınlardır.

Daha sonra Naxçıvan Televiziyasının hazırladığı “Azərbaycan Xalq Cümhuriyyəti və Naxçıvan” mövzusunda filmə baxılıb.

Sonda 87 müəllifin 189 kitabından ibarət sərgiyə baxış olub.

Mədinə Rəhimli

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: