Ürək və damarları qoruyan tərəvəz

221

Bir çoxları bilir ki, balqabaq qaraciyər üçün ən faydalı tərəvəzlərdən biridi. Lakin bu vitaminli tərəvəzin ürəyə də faydası çoxdur.

Mütəxəssislər qeyd edir ki, balqabaq və balqabaq tumu damarların divarlarını daha möhkəm və elastik edir, damarları aterosklerozdan qoruyur.

Ateroskleroz zamanı damarlarda xolesterin yığılır ki, damarlar daralır, zəif və kövrək olur, tez partlayır. Aterosklerozu damarlar, ürək və beyinin “qatili” adlandırırlar. Balqabağın tərkibində olan bioloji aktiv maddələr aterosklerozla mübarizə edir, onun inkişafını ləngidir.

NUHÇIXAN xəbər verir ki, kalium və maqneziumla zəngin olduğundan balqabaq ürəyin fəaliyyətini yaxşılaşdırır, ürəyə düşən gərginliyi azaldır.

Ödqovucu təsirə malik balqabaq öd kisəsində durğunluğu azaldır, öd kisəsinin sağlamlığını qoruyur.

Balqabaq  şirəsi əla təbii sakitləşdiricidir. Bu balqabağın B qrupu vitaminləri ilə zəngin olduğuna görədir.

Ən güclü antioksidantlar olan A və E vitaminləri sayəsində balqabaq immun sistemini möhkəmləndirir, orqanizmdə qocalma proseslərini ləngidir, dərini cavanlaşdırır.

Mütəxəssislər balqabağı əsasən çiy halda yeməyi tövsiyə edirlər. Balqabağı müxtəlif salatlara əlavə etmək çox yaxşıdır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: