Gələn il sinxron tərcümə edə bilən qulaqlıqlar satışa çıxarılacaq

141

Çinin “Timekettle” startapı sinxron tərcümə funksiyasına malik “WT2” adlı simsiz qulaqlıqları kütləvi istehsala çıxarmağa hazırlaşır. Qulaqlıqların qiyməti təxminən 220 dollar təşkil edir.

NUHÇIXAN “inform.zp.ua” saytına istinadən yazır ki, qulaqlıqlar görünüşcə “AirPods”a oxşardır. İstifadəçi əcnəbi şəxslə danışmazdan öncə qulaqlığın birini öz qulağına taxmalı, digərini isə həmsöhbət öz qulağına taxmalıdır. Məlumata görə, yanvarda təqdim ediləcək ilk partiyadan qurğu satın almaq üçün artıq indidən onu ilkin sifariş etmək lazımdır.

Qulaqlıqlar ünsiyyəti 3 rejimdə dəstəkləyir:

  • avtomatik – real vaxt rejimində ünsiyyəti tərcümə edir (sakit yerdə ünsiyyət üçün uyğundur);

 

  • əl rejimi – hər bir replikadan öncə cümlənin başlanğıcını göstərmək üçün cihaza toxunmaq lazım olacaq (səs-küylü vəziyyətdə ünsiyyət üçün uyğun gəlir);

 

  • sual rejimi – yolu öyrənmək, məhsulun qiymətini soruşmaq üçün istifadə edilir (əcnəbilərlə küçədə ünsiyyət üçün əlverişlidir).

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: