Çində İkinci Dünya müharibəsindən qalan mərmi tapılıb

120

Çinin Xeyluncian vilayətində İkinci Dünya müharibəsindən qalan partlamamış mərmi tapılıb.

NUHÇIXAN Çin KİV-lərinə istinadla xəbər verir ki, Can adlı şəxs evinin arxasında su borusunun keçdiyi yeri qazarkən mərmini aşkar edib və dərhal polisə məlumat verib. Hələ də təhlükə mənbəyi olan mərmi yaşayış məntəqəsindən uzaqlaşdırılıb. Uzunluğu 58, diametri 15 santimetr olan mərminin tapıldığı ərazidə başqa partlayıcı maddənin olub-olmamasını dəqiqləşdirmək üçün axtarış işləri aparılıb.

Qeyd edək ki, Çinin şimal-şərq hissəsi 1931-ci ildən 1945-ci ilədək yapon qüvvələrinin nəzarətində olub. Yapon qoşunları ərazidən çıxdıqdan sonra xeyli sayda mərmi və mina tapılıb. Güman olunur ki, hələ də həmin ərazilərdə partlamamış mərmilər var.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: