Türk Şurası Gənc Liderlərinin Naxçıvan Forumu keçiriləcək

198

Noyabrın 26-27-də Naxçıvan şəhərində Türk Şurası Gənc Liderlərinin Naxçıvan Forumu keçiriləcək.

NUHÇIXAN xəbər verir ki, Forumun rəsmi açılış mərasimi noyabrın 26-da Naxçıvan Dövlət Musiqili Dram Teatrında olacaq. Rəsmi açılış tədbiri  rəngarəng konsert proqramı ilə davam edəcək.

Forum çərçivəsində gənclər arasında idman yarışları da keçiriləcək.  Naxçıvanın tarixi-mədəni abidələri, turizm obyektlərinə  ekskursiyalar təşkil ediləcək.

Türk Şurası Gənc Liderlərinin Naxçıvan Forumu çərçivəsində gələcək planlar və birgə fəaliyyət istiqamətlərinin müəyyən edilməsi ilə bağlı platformanın fəaliyyət planı hazırlanacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: