AMEA Naxçıvan Bölməsində tədbir keçirilib

145

NUHÇIXAN xəbər verir ki, Xaraba Gilan arxeoloji ekspedisiyası Ordubad rayonu ərazisindəki növbəti tədqiqatlarını yekunlaşdırıb.

AMEA Naxçıvan Bölməsində Xaraba Gilan arxeoloji ekspedisiyasının yekununa həsr olunmuş tədbirdə çıxış edən bölmənin sədri, akademik İsmayıl Hacıyev tədqiqatlar zamanı Naxçıvanın qədim tarixi ilə bağlı əhəmiyyətli faktların aşkar olunduğuna diqqət çəkib.

İsmayıl Hacıyev vurğulayıb ki, Azərbaycan Milli Elmlər Akademiyasının Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru Bəhlul İbrahimlinin rəhbərliyi ilə Xaraba Gilan arxeoloji ekspedisiyası Ordubad rayonu ərazisində iki ay müddətində  tədqiqatlar aparıb. Tədqiqatlar zamanı 60 maddi- mədəniyyət nümunəsi aşkar edilib ki, bu da orta əsrlər dövrü Naxçıvan mədəniyyətinin öyrənilməsi baxımından olduqca əhəmiyyətlidir.

Xaraba Gilan arxeoloji ekspedisiyasının rəhbəri Bəhlul İbrahimli Ordubad ərazisində aparılan ekspedisiyanın nəticələri ilə bağlı ətraflı məlumat verib. Qeyd edib ki, tədqiqatlar Aza yaşayış yerində və Bal dərəsində aparılıb.

Sonra Bəhlul İbrahimli tədqiqat zamanı aşkar olunan maddi-mədəniyyət nümunələrini – qədim sikkələri, qəbirləri, tikililər və sümük qalıqlarını, eyni zamanda daşlar üzərinə həkk edilmiş təsvirləri videogörüntü vasitəsilə tədbir iştirakçılarının diqqətinə çatdırıb. Bildirib ki, ekspedisiya zamanı ərazidən aşkar edilən maddi-mədəniyyət nümunələri  yaxın günlərdə bölmənin Аrхeоlоgiyа və Etnоqrаfiyа Muzeyinə təqdim ediləcək.

Daha sonra tədbir iştirakçılarının sualları cavablandırılıb.

                                                                                    Mədinə Rəhimli

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: