Çində dünyanın ən uzun ikimərtəbəli asma körpüsü inşa olunur

127

Çinin Uxan şəhərində dünyanın ən uzun ikimərtəbəli asma körpüsü inşa olunur.

NUHÇIXAN xəbər verir ki, Uxan şəhərində, Yantzı çayının üzərində tikilən körpünün əsas hissəsinin uzunluğu 1700 metr olacaq. Körpünün əsas hissəsi hər biri 36 metr uzunluğunda, 32,5 metr enində olan 49 polad paneldən ibarətdir. Hər panelin ağırlığı təxminən min tondur. Bu, 200 filin ümumi çəkisinə bərabərdir.

İnşasına 2013-cü ildə başlanan körpünün gələn ilin oktyabrında hazır olması gözlənilir. Körpünün hər mərtəbəsinin üzərindən 6 zolaqlı avtomobil yolu keçəcək.

Qeyd edək ki, dünyadakı asma körpülərin təxminən yarısı Yantzı çayının üzərində və ya ətrafındadır. Uxanı isə “Körpülər şəhəri” adlandırmaq olar. Belə ki, Yantzı çayının Uxandan keçən hissəsində 8 müxtəlif təyinatlı körpü var.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: