Azərbaycan Paris Sülh Forumunda təmsil olunacaq

149

Birinci Dünya müharibəsi qələbəsinin 100 illiyi çərçivəsində noyabrın 11-dən 13-dək 1-ci Paris Sülh Forumu keçiriləcək.

NUHÇIXAN xəbər verir ki, Sülh Forumunda Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə təmsil olunacaq.

Sülh Forumunda dünyanın yaxşı idarə edilməsinə dair 120 təşəbbüs və layihədə, sülh və təhlükəsizlik, ətraf mühit, inkişaf, yeni texnologiyalar və inklüziv iqtisadiyyat kimi 5 əsas istiqamətdə müzakirələr aparılacaq.

Təqdimatlardan seçilən 10 layihəyə 2019-cu ilin noyabrında keçiriləcək 2-ci Foruma qədər xüsusi dəstək veriləcək.

Bildirilir ki, Sülh Forumu beynəlxalq məsələlərin həlli üçün xüsusi platforma olacaq.

Qeyd edək ki, Fransa Prezidenti Emmanuel Makron Paris Sülh Forumu təşəbbüsünü irəli sürüb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: