Azərbaycanın paralimpiyaçı qılıncoynadanları Tbilisidə dünya kubokunda iştirak edirlər

103

Tbilisidə parlimpiyaçıların qılıncoynatma üzrə dünya kuboku yarışlarına start verilib.

NUHÇIXAN xəbər verir ki, noyabrın 9-da çempionatın rəsmi açılış mərasimi keçirilib. Mərasimdə bildirilib ki, dünya kuboku yarışları “Tokio-2020” Yay Paralimpiya Oyunlarına lisenziya xarakteri daşıyır.

Çempionatda 45 ölkədən 500-ə yaxın idmançı iştirak edir.

Bu mötəbər yarışda Azərbaycanı Aytəkin Həsənova və Abdulbağı Abdullayev təmsil edirlər.

Gürcüstanın Baş naziri Mamuka Baxtadze və digər rəsmi şəxslər açılış mərasimində çıxış edib, dünyada Paralimpiya Oyunlarının inkişafından danışıblar.

Yarışlar noyabrın 11-dək davam edəcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: