“Qalatasaray”-“Fənərbağça” derbisindən sonra meydanda oyunçular arasında mübahisə yaşanıb

140

İstanbuldakı “Türk Telekom Arena”da keçirilən “Qalatasaray”-“Fənərbağça” matçı başa çatdıqdan sonra komandaların futbolçuları arasında mübahisə yaşanıb.

NUHÇIXAN xəbər verir ki, bu mübahisədən sonra baş hakim Fırat Aydınus komandaların futbolçularını 3 qırmızı və 1 sarı vərəqə ilə cəzalandırıb. Referi “VAR” sistemi vasitəsilə oyunu araşdırdıqdan sonra “Qalatasaray”dan Badou Ndayeyə, “Fənərbağça”dan isə Roberto Saldado və Jailsona qırmızı, meydan sahoblərindən Yunes Belhandaya isə sarı vərəqə göstərib.

Xatırladaq ki, “Qalatasaray” və “Fənərbağça” arasında oynanılan İstanbul derbisində qapılara dörd qol vurulub – 2:2.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: