Soyuqdəymə zamanı süd içmək olmaz

188

Soyuqdəymə zamanı isti süd ən yaxşı təbii müalicəvi vasitə sayılır.

Lakin alimlər sübut edib ki, soyuqdəymə dövründə süd nəinki sağalmanı tezləşdirmir, əksinə xəstənin vəziyyətini daha da ağırlaşdırır.

NUHÇIXAN zdr.ru-ya istinadla xəbər verir ki, yeni araşdırmanın nəticələri Laryngoscope jurnalında dərc olunub.

Tədqiqatçılar sübut edirlər ki, soyuqdəymə zamanı südün istehlakı selikli qişalarda seliyin ifrazını xeyli artırır ki, bu da xəstəliyin gedişatına mənfi təsir edir.

Seliyin artması soyuqdəymə zamanı təbii prosesdir. Seliyin köməyi ilə orqanizm özünü toksin, mikrob və infeksiyalardan təmizləyir. Lakin seliyin həddindən artıq istehlakı əksinə ziyanlıdır. Boğazı daim qıcıqlandıran bu selik öskürəyin artmasına, boğaz ağrısına və səs batmasına səbəb olur. Beləliklə, mütəxəssislər soyuqdəymə və qripp zamanı süd içməyi tövsiyə etmir. Limonlu çay, itburnu dəmləməsi, çobanyastığı çayı və s. bu kimi təbii vasitələrdən istifadə etmək daha faydalıdır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: