Kaliforniyanın San-Xose şəhərində 18 oktyabr “Azərbaycanın Müstəqillik Günü” elan edilib

165

ABŞ-ın Kaliforniya ştatının San-Xose şəhəri 2018-ci il 18 oktyabr tarixini “Azərbaycanın Müstəqillik Günü” elan edib.

NUHÇIXAN-ın məlumatına görə, bununla bağlı şəhər meri Səm Likkardo və Şəhər Şurasının üzvləri tərəfindən müvafiq bəyannamə imzalanaraq qəbul olunub. Azərbaycanın Los-Ancelesdəki baş konsulluğuna göndərilmiş bəyannamədə Azərbaycan Xalq Cümhuriyyətinin davamçısı olan Azərbaycan Respublikasının yaradılması ilə ölkəmizin azadlığının və müstəqilliyinin bərpa edildiyi vurğulanır.

Sənəddə müstəqilliyin bərpasından sonra ölkəmızin öz suverenliyini və azadlığını gücləndirdiyi və hazırda ABŞ-ın strateji müttəfiqi və Cənubi Qafqazda ən böyük ticarət tərəfdaşı olduğu bildirilir.

Bəyannamədə, həmçinin qeyd olunur ki, Azərbaycan beynəlxalq səviyyədə müsəlman, xristiyan və yəhudilərin birgə sülh və harmoniya şəraitində yaşadığı uğurlu ölkə modeli kimi tanınır.

Sonda 18 oktyabr tarixi San-Xose şəhərində “Azərbaycanın Müstəqillik Günü” elan edilir və bütün şəhər sakinləri bu bayramı qeyd etməyə dəvət olunur.

Qeyd olunmalıdır ki, Şimali Kaliforniyanın ən böyük şəhəri olan San-Xose yüksək texnologiyalar, innovasiya və sosial media üzrə qlobal mərkəz hesab olunan Silikon Vadisinin (Silicon Valley) əsas siyasi, iqtisadi və mədəniyyət mərkəzidir. “Silikon Vadisinin paytaxtı” adlandırılan şəhər ABŞ-ın və dünyanın ən zəngin şəhərlərindən biridir və nüfuzlu Brukinqs İnstitutunun (Brookings Institution) araşdırmasına əsasən, adambaşına düşən ÜDM-nin həcminə görə dünya şəhərləri arasında üçüncü yeri tutur.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: