“Sən gül ki, dünya gülsün”…

226

NUHÇIXAN xəbər verir ki, Gənclər Mərkəzində sağlamlıq imkanları məhdud uşaqlar üçün “Sən gül ki, dünya gülsün” layihəsi çərçivəsində tədbir təşkil olunub. Layihədə sağlamlıq imkanları məhdud 17 uşaq iştirak edib

Tədbirdə muxtar respublikada bu cür uşaqlara göstərilən dövlət qayğısından danışılıb. Sonra işarə dili ilə videoçarx, “Arşın mal alan” filmindən maraqlı bir səhnəcik hazırlanıb. Tədbirin bədii hissəsində  isə Naxçıvan Musiqi Kollecinin “Maestro” qrupu konsert proqramı ilə çıxış edib. Sonda uşaqlara hədiyyələr paylanılıb.

Qeyd edək ki, layihənin məqsədi muxtar respublikada sağlamlıq imkanları məhdud uşaqların asudə vaxtlarının səmərəli təşkili, onların istedadlarının aşkara çıxarılması, yaradıcılıq imkanlarının genişləndirilməsi, eləcə də intellektual səviyyələrinin artırılmasından ibarətdir. Layihənin rəhbəri, Naxçıvan Dövlət Universitetinin tələbəsi Könül Rüstəmli, Naxçıvan Müəllimlər İnstitutunun tələbəsi Gülay Quliyeva və Naxçıvan Musidiqi Kollecinin tələbəsi Zeynallı Könüldür.

                                                                       Mədinə Rəhimli

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: