Orta tibb işçiləri üçün maarifləndirici tədbir keçirilib

202

NUHÇIXAN xəbər Naxçıvan Muxtar Respublika Xəstəxanasında orta tibb işçilərinin iştirakı ilə “Tibbi etika və deontologiya” mövzusunda maarifləndirici tədbir keçirilib.Tədbirdə bildirilib ki, muxtar respublikamızda əhaliyə göstərilən tibbi xidmətin keyfiyyətinin yüksəldilməsi istiqamətində ardıcıl tədbirlər görülür. Bu baxımdan həkimlərin fəaliyyətində səmərəliliyin artırılması, onların ictimai etimadının yüksəldilməsi üçün etik davranış qaydalarının müəyyən olunması da vacib və əhəmiyyətli məsələlərdən biridir. Diqqətə çatdırılıb ki, bu qaydalar səhiyyə qanunvericiliyini, insan hüquqlarını, demokratik prinsipləri və ümumi etik davranışları rəhbər tutur. Odur ki, həkim öz qərar və hərəkətlərinə görə tam məsuliyyət daşıyır.

Qeyd olunub ki, həkimin sənətinə vicdanla yanaşması, xəstə ilə fərdi davranışı, onun psixoloji xüsusiyyətlərini nəzərə alması, xəstələrin müalicəsi və diaqnostikasında kliniki və deontolojiəsaslandırması müalicənin mühüm şərtləri sırasındadır.

Turab Hacızadə

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: