Şahbuzda ailə təsərrüfatı məhsullarının satış-sərgisi təşkil olunub

848

NUHÇIXAN xəbər verir ki, Şahbuz şəhərində Heydər Əliyev prospektində təşkil olunan ailə təsərrüfatı məhsullarının satış-sərgisində rayonun 24 yaşayış  məntəqəsindən  80-a yaxın ailə təsərrüfatı sahibləri iştirak edib.

Satış-sərgidə rayonun kəndlərindən 80-a yaxın ailə təsərrüfatı tərəfindən 11 növdə, 60 adda  1112  qablaşdırılmış məhsul nümayiş olunub.  Qaymaq, xama,  müxtəlif növ mürəbbə və şirniyyatlar, pendir, qatıq, cəviz, meyvə araqları,  eləcə də turşular, kompotlar, dərman bitkiləri  iştirakçılara  təqdim olunub.

Eyni zamanda satış-sərgidə ailə təsərrüfatları tərəfindən qablaşdırılmış alça, göycə, ərik, tut və digər meyvə quruları da çıxarılıb. Ən böyük maraqsa dərman bitkilərinə olub.

Satış-sərgi boyu Şahbuz Rayon Mədəniyyət Evinin “Batabat” instrumental ansamblının və rayon uşaq musiqi məktəblərinin kollektivinin ifasında musiqi nömrələri səsləndirilib.

İki gün davam edən satış-sərgidə ən yaxşı  ailə təsərrüfatı nominasiyası üzrə  qaliblər də müəyyənləşdirilib. Münsiflər heyətinin qərarına əsasən ən yaxşı məhsul naminasiyası üzrə Qızıl Qışlaq kənd sakini Məhəmməd Məmmədov I, Biçənək kənd sakini Mədinə Sarıyeva II, Aşağı Qışlaq kənd sakini Südabə Məhərrəmova III yerə layiq görülüblər. Qaliblər Şahbuz Rayon İcra Hakimiyyətinin  diplomları ilə təltif olunublar.

                Novruz Məmmədov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: