Melioratorlar növbəti mövsümə hazırdırlar

184

Naxçıvan Muxtar Respublikasının Dövlət Meliorasiya və Su Təsərrüfat Komitəsinin tabe təşkilatları tərəfindən payız-qış mövsümünə hazırlıq, əkin sahələrinin suvarma suyu ilə təmin olunması, əhalinin içməli su təchizatının yaxşılaşdırılması, yeni torpaq sahələrinin əkin dövriyyəsinə qatılması məqsədi ilə 2018-ci ilin sentyabr ayı ərzində təmir və bərpa, tikinti işləri davam etdirilib. Naxçıvan Muxtar Respublikası Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, muxtar respublika üzrə ötən ay su istifadəçilərinə 17 milyon m3 su verilib, bunun müqabilində 14 min hektara yaxın  torpaq sahəsi suvarılıb.

Bu dövrdə  10 km beton və torpaq kanal, 18 kilometrə yaxın ara arxlar lildən təmizlənmiş, 3 kilometrdən artıq yeni içməli su xətti, 11 kilometrə yaxın yeni suvarma boru xətti çəkilib,  4km mövcud içməli su xətti təmir-bərpa olunub.

Kəngərli rayonunun Böyükdüz kəndi ərazisində qapalı suvarma şəbəkəsinin tikintisi davam etdirilib, 10 000 metrdən artıq müxtəlif diametrli boru xətti çəkilib.

“Rayon mərkəzi və ətraf kəndlərin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidənqurulması” layihəsi çərçivəsində də işlər davam etdirilib.  Hazırda Şahbuz şəhər çirkab su təmizləyici  qurğuda avadanlıqlar quraşdırılıb, yoxlama işləri aparılır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: