Azərbaycan iqtisadi baxımdan regionda ən stabil dövlətdir

184

Dünyada baş verən iqtisadi və siyasi proseslər bəzi ölkələrdə milli valyutaların dəyərini itirməsinə və qiymət artımına səbəb olub.

Gürcüstan mətbuatının yazdığına görə, bu proses Cənubi Qafqaz və region ölkələrində də müşahidə olunub.

Cari ilin avqust ayında Cənubi Qafqazda və digər region ölkələrində milli valyutanın ABŞ dolları ilə müqayisədə devalvasiyası baş verib. Azərbaycan istisna olmaqla bütün ölkələrdə milli valyuta öz dəyərini itirib.

NUHÇIXAN xəbər verir ki, Gürcüstan mətbuatı iqtisadçı ekspert və analitiklərin fikirlərinə istinadla yazır ki, 2018-ci ilin avqust ayında Türkiyə lirəsi dollar qarşısında 39,4 faiz, Rusiya rublu 9,8 faiz, Gürcüstan larisi 3,5 faiz, Ermənistan dramı 0,8 faiz ucuzlaşıb.

Region ölkələri arasında yalnız Azərbaycan manatı öz mövqeyini qoruyub saxlayıb və 0,3 faiz möhkəmlənib.

Ekspertlərin fikrincə lirə və rublun dəyərini itirməsi əsasən ABŞ-ın tətbiq etdiyi sanksiyalarla əlaqədardır.

Gürcü analitiklərinin hesablamalarına görə, avqust ayında Türkiyədə illik inflyasiya 17,9 faiz, Rusiyada 3,1 faiz, Ermənistanda 3,3 faiz olub. Bu sahədə də ən aşağı göstərici Azərbaycanda qeydə alınıb. İyul ayına olan vəziyyətə görə, 2017-ci ilin eyni dövrü ilə müqayisədə qiymətlərdə cəmi 1,6 faiz artım qeydə alınıb.

Ekspertlərin fikrincə bu Azərbaycanda milli istehsalın artımı və iqtisadiyyatın inkişafı ilə əlaqədardır. Azərbaycan regionda ən stabil dövlət statusunu qoruyub saxlayır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: