Sekvoya dünyanın ən hündür ağacıdır
Sərv ağac növlərindən olan sekvoya planetimizin ən nəhəng bitkilərindən biridir. Onun gövdəsi və kökləri on metrlərlə dərinliyə gedir. Nəhəng ağacın budaqları uzun illər boyu səmaya doğru uzanır və dünyanın ən yüksəyə qalxan bitkisi hesab olunur.
NUHÇIXAN xəbər verir ki, hazırda tarixi məlum ən qədim sekvoyanın 3,5 mindən çox yaşı var.
Bu ağacların orta hündürlüyü təxminən 60 metrə çatır. Lakin sekvoyaların 90 metr və daha hündürlərinə də rast gəlmək mümkündür. Hətta hündürlüyü 105 metrdən çox olan yarım minədək sekvoya ağacı da məlumdur.
San-Fransisko yaxınlıqda Redvud Milli parkında bitən Hiperion sekvoyası hazırda planetimizin ən hündür ağacıdır. Onun boyu 115,5 metrə çatır.
Sekvoyanın çox da hündür olmayan, lakin böyük diametrə malik bəzi növləri də var. Dünyanın ən həcmli sekvoya ağacı məhz bu növə aiddir. Bu, hündürlüyü 83,3 metrə çatan “General Şerman”dır. Onun əsasının diametri 11,1, çətirinin əhatəsi isə 31,3 metrdir. Ağacın həcmi 1487 kubmetr təşkil edir.