Naxçıvanda “Avropa Günləri” davam edir

507

Naxçıvan şəhərinin 2018-ci il üçün ölkəmizin “Gənclər paytaxtı” seçilməsi ilə əlaqədar keçirilən “Avropa Günləri” ilə bağlı tədbirlər davam etdirilir. NUHÇIXAN xəbər verir ki, bununla bağlı şəhərimizə gələn qonaqlar Heydər Əliyev muzeyi ilə tanış olublar.

Avropa ittifaqının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas və digər qonaqlar ümummilli lider Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzində əzəmətlə ucalan abidəsi önünə gələrək, buraya gül dəstəsi qoyub, ulu öndərin xatirəsini dərin ehtiramla yad ediblər. Sonra Heydər Əliyev muzeyi ilə tanışlıq olub. Avropalı diplomatlara  ulu öndərin həyat və fəaliyyəti barədə müfəssəl məlumat verilib. Qonaqlar fenomen şəxsiyyət Heydər Əliyevin həyatının müxtəlif məqamlarını əks etdirən və Azərbaycan tarixinin bütöv bir dövrü barədə geniş təsəvvür yaradan sənədlərə, ulu öndərə həsr olunmuş kitablara böyük maraqla baxıblar.

       Gülməmməd Əliyev

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: