Taleh Məmmədov beynəlxalq turnirin finalına yüksəlib

138

Belarusun paytaxtı Minskdə Olimpiya və dünya çempionu Oleq Karavaevin xatirəsinə yunan-Roma güləşi üzrə beynəlxalq turnir start götürüb.

Azərbaycan Güləş Federasiyasından NUHÇIXAN-a verilən xəbərə görə, yarışda baş məşqçi Şaban Donat və məşqçi Rövşən Bayramovun rəhbərliyi altında Eldəniz Əzizli (55 kq), Murad Məmmədov (60 kq), Taleh Məmmədov (63 kq), Kamran Məmmədov (67 kq), Rafiq Hüseynov (82 kq), İslam Abbasov (87 kq), Orxan Nuriyev (97 kq) və Oyan Nazariani (130 kq) ölkəmizi təmsil edirlər.

İlk yarış günündə Taleh Məmmədov bütün rəqiblərinə qalib gələrək finala yüksəlib. Yarımfinalda büdrəyən Orxan Nuriyev bürünc medal uğrunda güləşəcək. Rafiq Hüseynov isə təsəlliverici qarşılaşmaya çıxacaq. Bu çəkilərdə həlledici görüşlər sabah keçiriləcək.

Turnirin hakimləri arasında həmyerlimiz Elman İsmayılov da var.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: