Rəsm Qalereyasında Musiqi Günü qeyd edilib - FOTOLAR

189

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Dövlət Rəsm Qalereyasında Milli Musiqi Günü ilə əlaqədar  muxtar respublikanın uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərinin rəsm ixtisası üzrə təhsil alan şagirdlərinin iştirakı ilə etüd-sərgi  təşkil edilib.  Şagirdlər Milli Musiqi Gününə həsr edilmiş rəsmlər çəkiblər. Rəsmlərdə musiqi alətlərimiz  və  dahi  bəstəkar Üzeyir Hacıbəyovun felyeton və əsərlərinin qəhrəmanları təsvir olunub.

Tədbir iştirakçıları Rəsm Qalereyasının 70 dən artıq eksponatın nümayiş olunduğu ekspozisiyası ilə də tanış olublar.

                                                                                          Cavid Səfərli

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: