Prezident İlham Əliyev makedoniyalı həmkarını təbrik edib

142

Prezident İlham Əliyev Makedoniya Prezidenti Gyorge İvanova təbrik məktubu göndərib.

NUHÇIXAN-ın məlumatına görə, təbrikdə deyilir:

“Hörmətli cənab Prezident, ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Azərbaycan-Makedoniya münasibətləri dinamik inkişaf yolundadır. Ümidvaram ki, dostluq əlaqələrimizin daha da möhkəmlənməsi, qarşılıqlı maraq doğuran əməkdaşlığımızın inkişafı xalqlarımızın rifahına daim töhfələr verəcəkdir.

Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Makedoniya xalqına əmin-amanlıq və firavanlıq arzulayıram”.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: