Azərbaycan və Fransa arxeoloqları Sirabda tədqiqatlara başlayıblar

237

NUHÇIXAN-ın məlumatına görə, Sirab kəndinin “Uçan ağıl” deyilən  ərazisində aparılan arxeoloji tədqiqatlarda əsas məqsəd qədimdə yaşayışın davamlılığı və Eneolit mədəniyyətləri arasındakı əlaqəni öyrənmək, bu mədəniyyətlərin inkişaf ardıcıllığını dəqiqləşdirməkdir.

Bu günə qədər aparılan qazıntılar nəticəsində qədim yaşayış yerində müvəqqəti mövsümi binaların qalıqları, müxtəlif formalı keramika nümunələri, dən daşları, daş və sümük alətlər  aşkar olunub. Tapılan nümunələr onu deməyə əsas verir ki, “Uçan ağılda” insanlar qədim dövrlərdən məskunlaşıblar və burada yaşayış uzun müddət davam edib. Tədqiqatlar zamanı ərazidə zəngin maddi-mədəniyyət nümunələri ilə yanaşı misin mineralları olan malaxit və azuritə rastlanması onu sübut edir ki, qədim insanlar xammal ehtiyatlarından da istifadə ediblər. Yaşayış yerində tədqiqat işləri davam edir.

Qeyd edək ki, beynəlxalq arxeoloji ekspedisiya Culfa, Şahbuz və Ordubad rayonlarının dağlıq ərazilərində də kəşfiyyat xarakterli araşdırmalar aparıblar.

 Vaqif  Ağalarov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: