Alimlər süd vəzisi xərçənginin müalicəsini tapıblar

181

Honq Konqun Baptist Universitetinin alimləri dünyada ən çox rast gəlinən süd vəzisi xərçənginin müalicəsində rodium metalından istifadə edilə biləcəyini təsbit ediblər.

NUHÇIXAN-ın məlumatına görə, qeyd olunur ki, rodium metalı bu xəstəliyə qarşı müalicədə istifadə olunsa, müsbət nəticələr əldə etmək olar. Belə ki, rodium tərkibli dərman qəbul edildikdə insan bədənində şişə qarşı mubarizə apararaq xəstəliyin ilkin inkişaf prosesinin qarşısını alır.

Qeyd edək ki, qadınlarda aşkarlanan bədxassəli şişlər arasında süd vəzisi xərçəngi çox geniş yayılıb. Dünyada bu xəstəlikdən hər il 521 min insan ölür.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: