Qazançı kəndi infrastrukturu yenilənir

330

NUHÇIXAN xəbər verir ki, hazırda kənddə məktəb binası, xidmət mərkəzi və həkim ambulatoriyası üçün binalar tikilir.

216 şagird yerlik 3 mərtəbəli məktəb binasında   12 sinif otağı, kimya, biologiya və fizika laboratoriyaları, 2 elektron lövhəli sinif, şahmat sinfi, komputer otağı, hərbi kabinə, kitabxana və idman zalı olacaq. Binada suvaq işləri və  dam örtüyünün vurulması üçün hazırlıq aparılır.

Xidmət mərkəzində isə əhaliyə müxtəlif  ticarət və  məişət xidmətləri göstəriləcək. Burada son tamamlama işləri aparılır.

Qazançının  kənd mərkəzi də yenidən qurulur. Mərkəzdə tikilən 3 mərtəbədən ibarət olan binada müxtəlif dövlət qurumları, o cümlədən  həkim ambulatoriyasının səmərəli fəaliyyəti üçün  lazımi şərait yaradılacaq.

Aparılan kompleks işlər  kəndin küçələrini də əhatə edir. Belə ki, kənddaxili yollar əsaslı şəkildə yenilənir.

XVI-XVII əsrlərdə Şərq memarlıq üslubunda tikilmiş Qazançı körpüsü də bərpa olunur.

                                                           Vüsal Muradov   

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: