Şahbuzda payız-qış mövsümünə hazırlıq işləri sürətləndirilib

195

NUHÇIXAN xəbər verir ki, Şahbuz Rayon İcra Hakimiyyətində payız- qış mövsümünə hazırlıq üçün tədbirlər planı hazırlanıb, nəzərdə tutulan  işlərin icrasına başlanılıb. Rayon ərazisində fəaliyyət göstərən qazanxanalara  baxış keçirilib. Qazanxanalarda elektrik enerjisi, təbii qaz, su təchizatı və digər texniki məsələlər araşdırılıb.

Payız-qış mövsümünə hazırlıqla əlaqədər olaraq rayon elektrik şəbəkəsi qış aylarında elektrik enerjisində  fasiləsizliyi  təmin etmək üçün elektrik xətlərində və avadanlıqlarında  cari təmir işlərinə   başlayıb. Elektrik dirəkləri və  dayaqları təmir olunur, ağacların elektrik naqillərinə toxunan budaqları kəsilir.  Eyni zamanda rayondakı  transformatorlara da baxış keçirilib. Beş transformator əsaslı təmir olunub, istismar müddəti başa çatmış naqillər yeniləri ilə əvəzlənib.

Rayonda qış aylarında təbii qaza olan tələbatı davamlı  ödəmək, həmçinin fasiləsizliyini təmin etmək üçün qaz istismar idarəsinin kollektivi də gücləndirilmiş iş rejimində çalışır. Bunun üçün qaz xətlərində cari təmir işləri aparılır,  onlar sızmaya qarşı yoxlanılır. Həmçinin  yeraltı xətlər yerüstü xətlərlə əvəz olunur.

Rayonun ümumtəhsil məktəblərində də payız-qış mövsümünə hazırlıq işləri yekunlaşdırılıb. Məktəblərin qazanxanalarına baxış keçirilib, 11 ümumtəhsil məktəbində cari təmir işləri görülüb.

Rayonun digər aidiyyəti təşkilatları da mövsümə hazırlığı diqqət mərkəzində saxlayır.

                                                  Novruz Məmmədov

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: