Ermənistanda hərbi qulluqçuların xidmətdən yayınmasının əsas səbəbi orduda zorakılıq hallarının artmasıdır

215

Ermənistanda hərbi qulluqçular xidmətdən yayınmaqda davam edirlər. İşğalçı ölkənin dörd hərbi qulluqçusu müalicə olunduqdan sonra hərbi xidmətə qayıtmaqdan imtina ediblər. Bununla bağlı cinayət işi açılıb.

NUHÇIXAN-ın məlumatına görə analitik-icmalçı Ehtiram Aşırlı bu barədə  açıqlamasında bildirib ki, avqustun 18-də Ermənistan Müdafiə Nazirliyinin mərkəzi hərbi xəstəxanasında dörd əsgərin uzunmüddətli müalicə aldığı qeyd olunub. Müalicələri sona çatdırılmadığı üçün sağlamlıqlarını tam bərpa edə bilməyən hərbçilər xidmət yerinə getməkdən boyun qaçırıblar.

Müdafiə Nazirliyinin məlumatına görə, nazir müavini Cəbrayıl Balayan, Ermənistan Müdafiə Nazirliyinin hərbi polis şöbəsinin rəisi, polkovnik Aleksandr Avetisyan və digər rəsmi şəxslər məsələni aydınlaşdırmaq üçün hərbi xəstəxanada olublar. Aparılan izahat işinin nəticəsində Hovannisyan və A.Avoyan hərbi hissəyə qayıtmaq və xidməti davam etdirməyə hazır olduqlarını bildiriblər. Müdafiə Nazirliyinin hərbi polis şöbəsinin əməkdaşları ilə birlikdə Kirakosyan və Qukasyan Ermənistan Müdafiə Nazirliyinin “N” hərbi hissəsinə köçürülüblər. Lakin xidməti yerlərinə qayıtmaq istəməyən əsgərlərlə bağlı cinayət işləri başlanıb və araşdırma aparılır.

E.Aşırlı deyib ki, işğalçı ölkənin müdafiə naziri dəyişəndən sonra da orduda hərbi xidmətdən yayınma, fərarilik hallarında azalma əvəzinə, əksinə, artma müşahidə olunur. Bu, o deməkdir ki, David Tonoyanın sözlərinə baxmayaraq, Ermənistan ordusunun əsgərləri psixoloji cəhətdən hərbi xidmətə hazır deyillər. Ermənistan ordusunda hərbi xidmətdən yayınma hallarının artması təsadüfi deyil. Orduda təcavüzkarlıq, zorakılıq və homoseksuallıq hallarının yayılması bunun başlıca səbəbidir. İşğalçı ölkənin ordusundakı hərbi qulluqçular arasında psixi problemləri olan əsgərlər çoxdur. Belə getsə bir müddət sonra D.Tonoyan orduda xidmət etməyə adam tapmayacaq və özü təkbaşına xidmət edəcək, Ermənistan ordusu isə ruhi dispanser kimi fəaliyyət göstərəcək. Bu vəziyyətdə D.Tonoyanın psixi problemləri olan hərbi qulluqçularına “dəlilik kağızı” yazmaqdan başqa işi olmayacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: