Nахçıvаn Şəhər İcra Hakimiyyətində müşavirə keçirilib

1. 667

NUHÇIXAN xəbər verir ki, 2018-2019-cu illərin payız-qış mövsümünə hazırlıqla əlaqədar  Nахçıvаn Şəhər İcra Hakimiyyətində kеçirilən müşаvirədə çıxış edən İcra Hakimiyyətinin başçısı Mirsənani Seyidov görüləcək işlərlə bağlı müvafiq tapşırıqlar verib. Belə ki, Naxçıvan şəhər elektrik şəbəkəsi elektrik enerjisinin verilməsində fasiləsizliyi, istismar üçün yararsız olan avadanlıq və xətlərin vaxtında müəyyən edilərək dəyişdirilməsini təmin etməli,  Naxçıvan Şəhər Qaz istismar idarəsi oktyabrın 20-dək qaz təchizatı sistemində texniki baxışı  yekunlaşdırmalı, Naxçıvan Şəhər İstilik Təsərrüfatı İdarəsi noyabr ayının  1-dək bütün  qazanxanaların qış mövsümünə hazırlıq işlərini başa çatdırmalıdır.

Müşavirədə nəqliyyat, rabitə, mənzil–istismar, sanitar təmizlik, su-kanalizasiya, təhsil, mədəniyyət, gənclər və idman idarələrinə də müvafiq tapşırıqlar verilib.

Sonda bir sıra idarə və təşkilat rəhbərləri görülən işlər barədə məlumat veriblər.

                                                                           Ramal Məmişov

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: