AMEA Naxçıvan Bölməsinin Mərkəzi Elmi Kitabxanasında müasir müstəqil Azərbaycan Respublikasının memarı və qurucusu ümummilli lider Hеydər Əliyеvin anadan olmasının 95 illiyi münasibətilə sərgi açılıb.
NUHÇIXAN xəbər verir ki, “Heydər Əliyev-95” sərgisində Ulu Öndərin şərəfli həyat yolunun və siyasi fəaliyyətinin müxtəlif məqamlarını əks etdirən kitablar nümayiş olunur.
“Heydər Əliyev və milli-tarixi yaddaşın bərpası”, “Heydər Əliyev siyasəti: tariximizdə və günümüzdə”, “Heydər Əliyev dövlətçilik təlimi və müasir dövr”, “Siyasətdə Naxçıvan dərsləri”, “Heydər Əliyev və Naxçıvan tarixi məsələləri”, “Heydər Əliyev: müstəqilliyimiz əbədidir”, “Qaydış” və digər kitablar, həmçinin müxtəlif illərdə qəzet, jurnal və toplularda dərc edilən məqalələr sərgiyə gələnlərin diqqətini cəlb edir.