Birinci rübdə ölkədəki mehmanxanalarda 586 min gecələmə olub

81

Cari ilin birinci rübündə ölkə üzrə mehmanxanalarda 586 min gecələmə keçirilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 24 faiz çoxdur.

NUHÇIXAN xəbər verir ki, gecələmələrin 58 faizi Bakıda, 9,7 faizi Qəbələdə, 8,6 faizi Qusarda, 4,8 faizi Naftalanda, 3,8 faizi Naxçıvan Muxtar Respublikasında, 3,7 faizi Qubada, 1 faizi Gəncədə, hər birində 0,8 faiz olmaqla Lənkəranda və Masallıda, hər birində 0,5 faiz olmaqla Tovuzda və Qazaxda, 7,8 faizi isə digər rayonlardakı (şəhərlərdəki) mehmanxanalarda qeydə alınıb.

Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən keçirilmiş gecələmələrin sayı 439,8 min təşkil edib ki, bu da ümumi gecələmələrin 75,1 faizini təşkil edir. Gecələmələrin 18,3 faizi Birləşmiş Ərəb Əmirlikləri vətəndaşları, 14 faizi Rusiya Federasiyası vətəndaşları, 9,4 faizi İran vətəndaşları, 4,9 faizi Türkiyə vətəndaşları, 4,4 faizi ABŞ vətəndaşları, 3,7 faizi Qətər vətəndaşları, 3,3 faizi Böyük Britaniya vətəndaşları, 3,1 faizi Küveyt vətəndaşları, 1,6 faizi Ukrayna vətəndaşları, 1,5 faizi Almaniya vətəndaşları, 0,8 faizi İtaliya vətəndaşları, 0,7 faizi Gürcüstan vətəndaşları, 34,3 faizi digər ölkələrin vətəndaşlarının payına düşüb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: