“Rusiya 2018”: İsveç, yoxsa Cənubi Koreya?

158

İyunun 18-də “Rusiya 2018” futbol üzrə dünya çempionatının beşinci gününə “F” qrupunda yer alan İsveç və Cənubi Koreya milliləri arasındakı qarşılaşma ilə start verilib.

NUHÇIXAN xəbər verir ki, “Nijniy Novqorod Arena”da oynanılan görüşü salvadorlu referi Xoel Aqilar idarə edir.

İsveçlilərin start heyətində Robin Ulsen, Makayel Lustiq, Andreas Qransvist, Ludviq Auqustinsson, Sebastyan Larsson, Albin Ekdal, Markus Berq, Emil Forsberq, Viktor Klasson, Pontus Yansson, Yula Toyvonen meydana çıxıblar. Komandanın baş məşqçisi Yann Anderssondur.

Cənubi Koreya yığmasının ilk “11”liyində isə Co Xen U, Li Yen, Pak Cu Xo, Son Xın Min, Kim Sin Uk, Xvan Xi Cxan, Ku Dja Cxol, Ki Son Yen, Li Dje Son, Kim Yen Qvon və Cxan Xen Su yer alıblar. Koreya millisinin məşqçisi Sin Txen Endir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: