Duzdağ Fizioterapiya Mərkəzinə maraq artıb

156

Təbii yollarla müxtəlif tənəffüs yolları xəstəliklərini sağaladan məşhur  Duzdağ Fizioterapiya Mərkəzinə bu mövsümdə müalicə və istirahət  üçün üz tutanların sayı artıb.

NUHÇIXAN xəbər verir ki, mərkəzə müraciət edən xəstələrin sayı  ötən il 5000 nəfər olub. Bu il isə buranı xəstələrlə bərabər yerli və əcnəbi turistlər də ziyarət edirlər. Turistlər və müalicə alanların sayı, beləliklə, il ərzində  35-40 min nəfərə çatır. Hazırda mərkəzdə kişi, qadın və uşaqlar üçün palatalar, istirahət guşələri, mağaza  fəaliyyət göstərir. Ümumilikdə palatalardakı çarpayıların sayı 220-dir.

Azərbaycanın müxtəlif bölgələri və xarici ölkələrlə işləyən turizm şirkətlərinin nümayəndələri turistləri buraya yönəltmək üçün mərkəzlə mütəmadi şəkildə  tanış olurlar.

Pasientlər  müalicənin effektinin yüksək olduğunu deyirlər. Duzdağa üz tutanlar yaxınlıqdakı eyni adlı otelin xidmətlərindən də istifadə edə bilərlər. Müəssisədə qonaqların Naxçıvanın görməli yerləri ilə tanış olması üçün gəzintilər də təşkil edilir.

                                                                               Cavid Səfərli

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: