Naxçıvanda yeni federasiya sədri seçildi

702

13 iyun 2018-ci il tarixdə Gənclər və İdman Nazirliyinin akt zalında Naxçıvan Muxtar Respublikası Hava və Ekstremal İdman Növləri Federasiyasının yeni sədrinin təqdimat tədbiri keçirilib.

NUHÇIXAN xəbər verir ki, tədbirdə Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri Azad Cabbarov  bildirib ki, muxtar respublikada 12 idman federasiyası fəaliyyət göstərir. Federasiyaların tərkibində 40 min nəfərə yaxın gənc idmanla məşğul olur. Təkcə bu ilin ötən dövrü ərzində idmançılarımız istər muxtar respublika, istərsə də beynəlxalq əhəmiyyətli yarışlarda yüksək nəticələr göstərərək, 240-a yaxın medal qazanıblar.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Fərmanı ilə Naxçıvan Muxtar Respublikası ekologiya və təbii sərvətlər naziri Mayıs Əliyev eyni zamanda Naxçıvan Muxtar Respublikası Hava və Ekstremal İdman Növləri Federasiyasına yeni sədri kimi fəaliyyət göstərəcək.

Hava və Ekstremal İdman Növləri  Federasiya sədri çıxış edərək qeyd edib ki, federasiya bundan sonrakı fəaliyyətini günün tələbləri səviyyəsində quracaq. Gənclərin federasiyaya cəlb olunması işinə daha diqqətlə yanaşılacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: