Milli Qurtuluş Günü Culfada qeyd edilib

326

NUHÇIXAN xəbər verir ki, Yeni Azərbaycan Partiyası  Culfa Rayon Təşkilatında 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib. Bildirilib ki, Ümummilli lider Heydər Əliyevin müdrik siyasəti nəticəsində ölkəmizdə hüquqi, demokratik dövlət quruculuğu sahəsində böyük işlər görülüb. Heydər Əliyevin Azərbaycanın hərtərəfli inkişafına yönəlmiş siyasəti bu gün ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Tədbirdə Yeni Azərbaycan Partiyası sıralarına qəbul edilmiş bir qrup gəncə üzvlük vəsiqələri təqdim edilib. Sonda tədbir iştirakçıları “Milli Qurtuluşdan intibaha” adlı sənədli filmə baxıblar.

                                                    Vüsal Muradov

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: