Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin yeni nəşrləri

123

Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin əməkdaşları mövcud sifariş və tələbatı nəzərə alaraq, yeni metodiki vəsaitlərin hazırlanmasını davam etdirirlər.

Elmi-Metodiki Mərkəzdən NUHÇIXAN-a bildirilib ki, qurumun dörd yeni vəsaiti çapdan çıxıb. “Unudulmaqda olan sənətkarlıq emalatxanası” adlı tövsiyədə yaradıcı dərnəklərin müəllimlərinə, şagird və tələbələrinə tənəkdən toxumanın əsaslarından söhbət açılır. “Seminarların təşkili qaydaları”nda seminarların planlaşdırılması, təşkili mərhələləri, istifadə olunan forma və üsullar haqqında məlumat verilir. “Estrada oxuma fənni üzrə” proqram uşaq musiqi və incəsənət məktəbləri, “Musiqi əsərlərinin təhlili” proqramı isə onbirillik təhsil sistemi üçün nəzərdə tutulur.

Metodiki vəsaitlərin müvafiq mədəniyyət müəssisələrinə göndərilməsi ilə yanaşı, yerlərdə təqdimatlarının keçirilməsi də nəzərdə tutulur. Bütün metodiki vəsaitlərlə Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin rəsmi saytında (www.memm.az) tanış olmaq mümkündür.

İndiyədək mərkəz tərəfindən 70-dək metodiki vəsait hazırlanıb. Onlar muzey, teatr, rəsm qalereyaları, mədəniyyət və bədii təhsil müəssisələrini, klubların fəaliyyətini, internet, sosial şəbəkə, İKT və yeni texnologiyaları, KİV və ictimaiyyətlə işin təşkilini, ictimai-siyasi fəaliyyəti, tarixi xronologiyanı, milli folklor mədəniyyətimizi, milli-mədəni irsimizi və digər məsələləri əhatə edir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: