BMT velosipedlərdən fəal istifadə etməyə çağırır

187

Etibarlı və ekoloji təmiz nəqliyyat növü olan velosiped istixana qazlarının emissiyasının azaldılmasında mühüm rol oynayır. Mütəmadi olaraq velosiped sürən insanlar bu yolla özlərini ürək-damar xəstəliklərindən qoruyurlar. Velosiped idmanının bu üstünlükləri BMT Baş Məclisinin üzvlərinin diqqəti cəlb edib və onlar hər il iyunun 3-də Ümumdünya Velosiped Günü qeyd edilməsini qərara alıblar. Bu il həmin gün ilk dəfə qeyd edilib.

Velosipedlər atmosferə istixana qazları ixrac etmir, küçədə səs-küy səviyyəsini artırmır. Küçələrdə velosipedlər nə qədər çox, avtomaşınlar nə qədər az olsa, yol qəzaları ehtimalı bir o qədər azalır. Dünya Səhiyyə Təşkilatının hesablamalarına görə, Avropa regionunda nəqliyyat ucbatından atmosfer havasının çirklənməsi nəticəsində hər il 500 minə yaxın insan həlak olur. Yol-nəqliyyat hadisələri hər il 90 min nəfərin həyatına son qoyur. Dünyada təxminən 70 milyon adam küçə hay-küyünün təsirindən əziyyət çəkir.

NUHÇIXAN BMT Xəbərlər Mərkəzinə istinadla bildirir ki, Baş Məclisin üzvləri bütün dövlətləri velosipedlərin populyarlaşdırılmasına kömək etməyə çağırıb. Onlar vurğulayıblar ki, idarə edilməsi asan, qiyməti münasib, etibarlı və ekoloji cəhətdən təmiz olan bu nəqliyyat vasitəsi insanların fiziki və psixi sağlamlığını möhkəmlətməyə kömək edir. BMT ekspertləri bütün ölkələri Danimarkadan nümunə götürməyə çağırırlar. Dünyada ən “velosipedləşmiş” ölkələrdən biri olan Danimarkanın paytaxtı Kopenhagendə oxuyan və ya işləyən sakinlərin təxminən 50 faizi təhsil və ya iş yerinə velosipedlə gedir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: