2018-ci il Əlahiddə Ümumqoşun Ordu üçün uğurlarla yadda qalacaq

144

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov  2018-ci ildə ordu quruculuğu sahəsində görülən işlərə qiymət verərkən qeyd edib ki, bu il də muxtar respublikada ordu quruculuğu sahəsində görülən işlər davam etdirilib və muxtar respublikanın müdafiə potensialı daha da möhkəmləndirilib. Ali Məclisin Sədri vurğulayıb ki, Naxçıvan Əlahiddə Ümumqoşun Ordusu 1992-ci ildə işğal olunmuş Günnüt kəndini və ətraf əraziləri, ümumilikdə 11 min hektar torpaq sahəsinə nəzarəti qaytarıb, ön xətdə və dayaq məntəqələrində etibarlı müdafiə sistemi yaradılıb. Muxtar respublikadakı ordu, birləşmə və hissələrin müasir xidmət şəraiti ilə təmin olunması sahəsində tədbirlər də davam etdirilib, yeni xidmət və yaşayış kompleksləri istifadəyə verilibdir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: