Cəfər Cabbarlının ömür yolu ekranlaşdırılır

124

Görkəmli dramaturq Cəfər Cabbarlının həyatından və istiqlalçı fəaliyyətindən bəhs edən filmin çəkilişlərinə başlanılıb.

NUHÇIXAN xəbər verir ki, “ARB Aranfilm” Yaradıcılıq Mərkəzi tərəfindən ekranlaşdırılan film C.Cabbarlının Rusiya imperiyası, Azərbaycan Xalq Cümhuriyyəti və sovet hakimiyyəti dövründə ədəbi və siyasi proseslərdə fəal iştirakından bəhs olunur.

Filmin rejissoru Babək Abbaszadə, operatoru Rafiq Əliyev, məsləhətçisi professor Asif Rüstəmli, icraçı prodüseri Nicat Məmmədov, bədii rəhbəri Tahir Tahiroviç, prodüseri İqbal Məmmədəliyevdir. Ekran əsərində Cəfər Cabbarlı rolunu aktyor Şəmistan Süleymanlı ifa edir.

Qeyd edək ki, filmin ədibin 120 illik yubileyi ərəfəsində təqdim olunması planlaşdırılır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: