Əlahiddə Ümumqoşun Orduda 18 oktyabr Dövlət Müstəqilliyi Günü münasibətilə silsilə tədbirlər keçirilib

193

Əlahiddə Ümumqoşun Ordunun mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, Naxçıvan Qarnizonunun şəxsi heyəti ilə Əlahiddə Ümumqoşun Ordunun Təlim-Tədris Mərkəzində keçirilən tədbirdə Heydər Əliyev adına Hərbi Liseyin kursantları Vətənimizə həsr edilmiş şeirləri bədii qiraət ediblər, Naxçıvan Dövlət Filarmoniyasının mahnı və rəqs ansamblının üzvləri xalq mahnı və rəqsləri ilə hərbi qulluqçularda bayram əhval-ruhiyyəsi yaradıblar. Hərbi hissələrdə keçirilən tədbirlərdə isə Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nəzdindəki sağlamlıq imkanları məhdud ifaçılardan ibarət “İnam” musiqi qrupu və Mədəniyyət Nazirliyinin rayonlardakı şöbələrinin yaradıcı kollektivləri konsert proqramları ilə çıxış ediblər. Tədbirlərdə hərbi hissələrin bədii özfəaliyyət kollektivləri də fəal iştirak ediblər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: