Zehni fəaliyyəti gücləndirmək yolları

108

Rusiya Tibb Elmləri Akademiyasının Elmi Tədqiqat Qida İnstitutunun alimləri müxtəlif qidaları beyin fəaliyyətinə təsirini öyrənərək maraqlı nəticəyə gəlmişlər. Məlum olmuşdur ki, beyin hüceyrələrinin fəaliyyətini ən adi qida məhsullarının köməyi ilə stimulə etmək olar. Əsas məsələ hansı məhsulun tərkibində nəyin nə qədər olduğunu bilməkdir.

NUHÇIXAN tibbi saytlara istinadla xəbər verir ki, beyin mürəkkəb mexanizmdir və onun normal fəaliyyəti üçün 100 milyarddan artıq sinir hüceyrələri çoxlu miqdarda enerji alır və qəbul edilən qidadan alınan enerjinin 20 faizini mənimsəyir. Ona görə də elə qidalar yeyilməlidir ki, onlardan alınan enerji orqanizm üçün yetərli olsun.

Kök – yaddaşı möhkəmləndirir, maddələr mübadiləsini stimullaşdırır. Tələbə və məktəblilərin imtahandan əvvəl sürtgəcdən keçirilmiş kökə bitki yağı qatıb yeməsi məsləhətdir.

Ananas – yaradıcı peşə ilə məşğul olanlar üçün vacibdir. Yaddaşda irihəcmli mətnlər və notların saxlanmasına yardım edir. Onun tərkibində olan C vitamini qısa vaxtda fikirləri toplamaqa kömək edir.

Avokado – tərkibində çoxlu miqdarda yağ turşuları olduğundan qısa müddətli yaddaş üçün yaxşı mənbədir.

Baş soğan – zehni və psixi pozğunluğu aradan qaldırır, qanı durulaşdırır, beynin oksigenlə təminatını asanlaşdırır.

Qoz – sinir sistemini möhkəmləndirir, baş beynin fəaliyyətini stimullaşdırır. Məsuliyyətli məruzə, çıxış və tədbirlərə hazırlaşanlar üçün qoz yemək çox faydalıdır.

Krevetkalar – gün ərzində 100 qram yeyilməsi beyni yağ turşuları ilə təchiz edərək diqqəti möhkəmləndirir.

Əncir -tərkibindəki maddələrə görə aspirinə yaxındır, yəni beyni təmizləyir və yeni ideyalara olan həssaslığını artırır. Əncirin tərkibində olan efir yağları qanı durulaşdırır, beyni oksigenlə yaxşı təchiz edir.

Zirə – tərkibində olan efir yağları sinir sistemini stimullaşdırır, 1 stəkan suda 2 çay qaşığı zirənin quru kütləsini dəmlənilib içilməsi çox faydalı təsir göstərir.

Kələm – qalxanvari vəzinin aktivliyini azaldır, sinir sistemini sakitləşdirir.

Limon – informasiyaların qəbulunu asanlaşdırır, tərkibindəki C vitamininin yüksək miqdarı iş qabiliyyətini artırır.

Qaragilə – baş beynin qan dövranını yaxşılaşdırır, görmə qabiliyyətinə müsbət təsir göstərir.

Istiot – gün ərzində 2-3 dəfə qırmızı istiotdan istifadə etmək məsləhətdir.

Ginko-biloba – beyinə kifayət qədər oksigen və qidalı maddələr daxil olmasını təmin edir, sinir hüceyrələrinin qocalmasının qarısını alır.

Balıq – tərkibindəki fosfor, yod və kalium sinir sisteminin normal fəaliyyəti üçün vacibdir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: