Zamiq Hüseynov Naxçıvanda “Bu gün bizim günümüz” dedi - VİDEO

88

NUHÇIXAN xəbər verir ki, şənbə günü Naxçıvandakı Heydər Əliyev Sarayında müğənni Zamiq Hüseynovun solo konserti keçirilib.

Zamiq Hüseynov musiqisevərlərə “Bu şəhəri çox sevirəm”, “Sən necə də gözəlsən”, “Bu gün bizim günümüz”, “Cənnətimsən” , “Sən olmasan” mahnıları ilə tanışdır. Onun ifasında səslənən “Kaman” mahnısı az bir zamanda  populyarlıq qazanıb. Müğənni Naxçıvanlı tamaşaçılara verdiyi konsert proqramını da məhz elə  “Kaman” adıyla təqdim edib. O, orkestrinin müşayiəti ilə repertuarındakı mahnılarının əksəriyyətini canlı olaraq seyrçilərə çatdırıb. İfaçı öz repertuarındakı məşhur mahnılardan əlavə Tofiq Quliyevin “Badamlı”mahnısını da ifa edib. Konsert tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: